“Mariya” qasırğası Dominika baş nazirinin evini uçurub
Dünya
19 Sentyabr 2017 8:24

“Mariya” qasırğası Dominika baş nazirinin evini uçurub


Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən "Mariya" qasırğası  Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir bu barədə özünün "Feysbuk" səhifəsində yazıb.
 
"Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır", yazan R.Skirret daha sonra xilas edildiyini bildirib.
 
Qeyd edək ki, 2015-ci ilin avqustunda "Erika" qasırğası Dominika adasında ciddi fəsadlar törədib.
 
Donald Tramp "Mariya" qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08