Səfir: "Azərbaycanda Yapon dilinə maraq artır"
Ölkə
19 Sentyabr 2017 15:06

Səfir: "Azərbaycanda Yapon dilinə maraq artır"


Bakı. 19 sentyabr. REPORT.AZ/ "Avropa ilə Asiyanı birləşdirən Azərbaycan Yaponiya üçün vacib ölkədir".
"Report"un verdiyi xəbərə görə, bunu Bakı Dövlət Universitetində (BDU) yapon dilinin tədqiqatçıları üçün hazırlanmış 4 auditoriyanın açılışında Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.
"İldən ilə bizim Azərbaycanla münasibətlərimiz inkişaf edir və dərinləşir. Bizim əməkdaşlığımız çoxtərəflidir və son zamanlar biz Azərbaycanla münasibətlərimizdə qeyri-neft sektorunun inkişafına üstünlük veririk", - T.Katori bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Yapon dilinə maraq daima artır: "Buna misal olaraq Yapon dilinin tədrisinin nəinki universitetlərdə, həm də orta məktəblərdə də təşkil edilməsini göstərmək olar".
Öz növbəsində, çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, dörd auditoriyanın əsaslı təmiri və yapon dilinin öyrənilməsi üçün lazımi avadanlıqla təchiz edilməsi yüksək səviyyəli linqvistlərin hazırlanmasına kömək edəcək.
A.Məhərrəmov hazırda BDU-nun 15 tələbəsi və magistrinin Yaponiyada müxtəlif tətqiqatlar apardığını qeyd edib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...