Kanadada dünyada ən uzun turist cığırı açılıb
Maraqlı
20 Sentyabr 2017 22:44

Kanadada dünyada ən uzun turist cığırı açılıb


Kanadada 24 min kilometr uzunluğunda turist cığırı açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "The Great Trail" adlandırılan cığır bütün ölkəni əhatə edir və 15 min müxtəlif yaşayış məntəqəsinin ərazisindən keçir.

Üç kanadalı səyahətçi cığırın yaradılması ideyasını hələ 1992-ci ildə bəyan etmişdilər. Müvafiq infrastrukturu yaratmaq üçün marşrutu işarələrlə, yollar və digər elementlərlə təchiz etmək, ayrı-ayrı sahələri birləşdirmək üçün 25 il vaxt lazım olub.

Yolun bəzi hissələrini piyada, velosiped, at və ya xizəklə getmək lazımdır. Bundan başqa, marşrutun 26 faizini su sahələri təşkil edir. Böyük yaşayış məntəqələrində, o cümlədən Qalifaks, Monreal və Ottavada cığır mərkəz və piyada küçələrdən keçir ki, bu da turistlərə təbiətlə yanaşı, şəhər mədəniyyəti ilə tanış olmağa imkanı verir.

Bu günlərdə "Rough Guide" Kanadanı dünyanın ən gözəl ölkələri siyahısına daxil edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...