"Mamaroza" qalmaqalı alovlandı
Digər
21 Sentyabr 2017 10:32

"Mamaroza" qalmaqalı alovlandı


Əməkdar artist Cavanşir Məmmədovun prodüser Təranə Səmədova haqda daha bir qalmaqallı açıqlama verib. 

Metbuat.az xəbər verir ki, o, prodüseri bir çox lazımsız hərəkətlər etməkdə günahlandırıb:

“Təranə getsin sərxoş halda polislər tərəfindən tutulmasının dərdini çəksin. Təranə, niyə sualıma cavab vermirsən, Kərimlə evli ola-ola uşağı kimdən dünyaya gətirmisən? Sən bununla Kərimə ləkə yaxmaq istəyirsən? Mətbuatda hərə bir cür tanına bilər. Prodüserlik məktəbi oxumasan? Get öz işinlə məşğul ol. Mənim güllü-güllü köynəyim sənin dar lasinlərindən pisdi bəyəm!?

Xatırladaq ki, qalmaqal prodüser Təranə Səmədovanın əməkdar artistə sərt sözlərindən sonra başlayıb:

“Cavanşir Məmmədova bu mövzuya müdaxilə etməyi, danışmağı yaraşdırmadım. Ayıbdır! Geyimi ilə gündəmə gəlmək istədi, güllü köynək geyindi, pencəyinin bir qolunu kəsdirdi, alınmadı. Mən təklif edirəm ki, Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin, amma belə mövzulardan danışmasın. Bu, elə bir mövzudur ki, səlahiyyətli orqanların, bu işlə məşğul olan insanların mövzuya həssas yanaşmalarına təkan vermiş olur. Belə çıxır ki, sən özün qız “çıxarırsan”. Meymun baxar güzgüyə, adını qoyar özgəyə..."

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...