Əli Həsənov: Cocuq Mərcanlıda törədilən vəhşiliklərlə erməni vandalizmi bütün dünyaya bir daha yayıldı
Ölkə
21 Sentyabr 2017 11:22

Əli Həsənov: Cocuq Mərcanlıda törədilən vəhşiliklərlə erməni vandalizmi bütün dünyaya bir daha yayıldı


Bakı. Elçin Mehdiyev – Trend:

Son 200 ilə ermənilər tətəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının bir hissəsi yalnız 1994-cü ildə Horadiz əməliyyatı və 2016-cı ilin aprel ayında Lələtəpə əməliyyatı zamanı işğaldan azad edildi.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında deyib.

Ə.Həsənov bildirib ki, xarici və media nümayəndələrinin və daha sonra xarici ölkələrin səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil olundu.

Baş nazirin müavini qeyd edib ki, xarici qonaqlar cəmi 4 ay erməni işğalı altında qalmış Cocuq Mərcanlı kəndində törədilən vəhşilikləri gördülər və bununla da erməni vandalizmi bütün dünyaya bir daha yayıldı.

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam imzalandı. Artıq kənd əhalisinin bir hissəsi öz doğma yurdlarına qayıdıb və yeni evlərin tikintisi davam edir. Beləliklə, bu, böyük qayıdışın başlanğıcıdır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...