Cocuq Mərcanlıdakı vəhşiliklərlə erməni vandalizmi bütün dünyaya bir daha yayıldı
Digər
21 Sentyabr 2017 11:54

Cocuq Mərcanlıdakı vəhşiliklərlə erməni vandalizmi bütün dünyaya bir daha yayıldı


Son 200 ildə ermənilər tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının bir hissəsi yalnız 1994-cü ildə Horadiz əməliyyatı və 2016-cı ilin aprel ayında Lələtəpə əməliyyatı zamanı işğaldan azad edildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı" filminin təqdimatında deyib.

Ə.Həsənov bildirib ki, xarici və media nümayəndələrinin və daha sonra xarici ölkələrin səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil olundu.

Baş nazirin müavini qeyd edib ki, xarici qonaqlar cəmi 4 ay erməni işğalı altında qalmış Cocuq Mərcanlı kəndində törədilmiş vəhşilikləri gördülər və bununla da erməni vandalizmi bütün dünyaya bir daha yayıldı:

"Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam imzaladı. Artıq kənd əhalisinin bir hissəsi öz doğma yurdlarına qayıdıb və yeni evlərin tikintisi davam edir. Beləliklə, bu, böyük qayıdışın başlanğıcıdır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08