Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR
Digər
21 Sentyabr 2017 12:23

Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR


Elizabet Kokran Siman ABŞ-ın ən peşəkar jurnalisti kimi ölkə tarixində mühüm yer tutur. 1864-cü ilin 5 may tarixində dünyaya gələn Elizabet daha çox Nelli Blay adı ilə tanınır.

Simanların 15 övladdan ibarət böyük ailəsində doğulan Elizabetin ən böyük arzusu jurnalist olmaq idi. Erkən yaşda atasını itirən yeniyetmə qız anasına və bacı-qardaşlarına tək baxmalı olur. Öncə bir sıra ağır işlərdə çalışan Elizabet buradakı qadınların istismarına ürək ağrısı ilə yanaşır, bir gün onların acılarının bitəcəyinə ümid edirdi.

Похожее изображение

Publika.az xəbər verir ki, Nelli Blayı tarixdə ən çox məşhurlaşdıran iki hadisə olub. Birinci layihə Nellinin “The New York World” qəzetində çalışdığı dövrdə həyata keçirdiyi Yer ətrafında 80 gün adlanırdı. Nelli 80 gün müddətində dünya səyahətinə çıxır və rastlaşdığı bütün hadisələrə, yeniliklərə qələmi ilə can verirdi.

Onun ikinci məxfi layihəsi isə jurnalistika tarixində əsl qalmaqal yaradır. Belə ki, Blay 10 gün ərzində Blackwell Island ərazisindəki ruhi əsəb xəstəlikləri dispasnerində yatır. Bu müəssisədə heç kim onun əsl kimliyini bilmirdi. Odur ki, özünü ruhi xəstə kimi aparırdı. Cəmi 10 gün xəstəxanada qalmasına rəğmən sinir sistemi pozulmuşdu. Dispanserdən çıxarılandan sonra Blay “Dəlixanada keçirdiyim 10 gün” kitabını yazır. Əsərdə müəssisənin yalanlarını, həkimlərin qəddarlığını ifşa edir.

Elizabet kitabında yazırdı: ”Mən bu təcrübənin müsbət sonluqla bitməyəcəyini öncədən bilirdim. Lakin peşəm və onlarla insanın taleyini dəyişmək uğrunda özümü qurban verməli idim. Xəstəxanada həddən artıq ruhi xəstə müalicə görürdü. Xəstələrə quru çörək, xarab olmuş ərzaqlar və paslı, kirli su verirdilər. Otaqların hər küncündə siçanlar gəzirdi. Mən də məcbur olub özümü dəliliyə vurdum. Bir neçə gündən sonra hiss etdim ki, artıq əsəblərim tarıma çəkilib.

Ən dəhşətlisi bilirsiniz nədir? Burada mənimlə birgə ruhi xəstə olmayan çoxlu qadın vardı. Onların çoxu ingiliscə bilmirdilər. Həkimlərə dəli olmadıqlarını sübut etməyə çalışanda isə fiziki şiddətə məruz qalırdılar. Ruhi xəstələr isə istismar edilir, düzgün müalicə görmürdülər. 10 gün sonra vəkillərdən ibarət bir qrup insan gəlib məni bu cəhənnəmdən xilas etdi. Lakin özümə söz verdim ki, o qadınlar üçün də əlimdən gələni edəcəm”.

Nelli Blay həqiqətən də arzusuna çatır. Kitab işıq üzü görəndən sonra ölkənin onlarla ruhi əsəb dispanserində ciddi dəyişikliklər edilir, xəstələrə mənəvi və fiziki təzyiq göstərən həkimlər cəzalandırılır.

Nelli Blay ölkənin ən nüfuzlu jurnalisti və yazıçısına çevrilir. O, bu silahından istifadə edərək, bütün gücünü cəmiyyəti müsbət yöndə dəyişdirməyə, qadın hüquqlarının bərqərar olmasına sərf edirdi. Blayın bu açıq fikirləri, cəmiyyətin qadınlara qarşı təzyiqlərini çılpaqlığı ilə ifşa etməsi dövlət qurumları tərəfindən heç də xoş qarşılanmırdı. Odur ki, bəzən yazdığı məqalələr nəşr edilmir, hətta çalışdığı qəzet rəhbərlikləri onunla əməkdaşlıqdan imtina edirdilər. Çünki Blayın müasiri olduğu zəmanədə qadın jurnalistlərin əsas vəzifəsi yeni dəb ünsürlərindən, filmlərdən, romantik mövzulardan yazmaq idi.

O isə öz amalından bir an da olsun dönmədi, məmurlara baş əyib, əqidəsindən üz çevirmədi. Əksinə ailə qurduqdan sonra təşkilati məsələlərə, qadınların bütün mövzularda təlimləndirilməsi ilə bağlı problemlərə daha çox diqqət ayırmağa və xeyriyyə işləri ilə məşğul olmağa başladı.

Картинки по запросу нелли блай

Bu gün Amerika Birləşmiş Ştatlarında, eləcə də dünyada yaşayan ziyalı xanımlar dövrünün ən mübariz qadını və jurnalisti Nelli Blayı dərin sevgi ilə anırlar. 1922-ci ildə 57 yaşında dünyasını dəyişən zərif qəhrəman minlərlə qadının ilham pərisinə çevrilib, yollarına işıq saçan mayak oldu. Elizabetin ölümündən 2 il əvvəl qadınlara seçkilərdə iştirak etmək hüququ verildi. Doğmaları onu xatırlayarkən, xəbəri eşidən zaman gözlərinin ulduz kimi parladığından bəhs edirdilər.

Dünya tarixində Nelli Blay ləqəbli Elizabet Siman kimi yüzlərlə parlaq şəxsiyyətlər var ki, onları unutmağa mənəvi haqqımız yoxdur.

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08