"Mançester Yunayted" klubu ötən mövsüm rekord məbləğdə gəlir götürüb
İdman
21 Sentyabr 2017 17:46

"Mançester Yunayted" klubu ötən mövsüm rekord məbləğdə gəlir götürüb


Bakı. 21 sentyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun 2016-2017 mövsümündə gəliri rekord məbləğdə - 581 milyon funt stetlinq (təqribən 658 milyon avro) olub. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, hesabat dövründə xalis mənfəət 80,8 milyon funt (99,6 milyon avro) təşkil edib.
Ötən il "mankunianlar"ın gəliri 515,3 milyon funt (583,7 milyon avro), xalis mənfəəti isə 68,9 milyon funt (78 milyon avro) olub. Klub 2018-ci ildə gəlirini 575 - 585 milyon funta (651 - 662 milyon avroya) çatdıra bilər.
Digər tərəfdən, əmək haqqının ümumi məbləği 31,3 milyon funt artıb və hazırda 263,5 milyon funt (298,5 milyon avro) təşkil edir. Bu, İngiltərə Premyer Liqasında ən böyük göstəricidir.
Kommersiya gəliri 275,5 milyon funt (312,1 milyon avro), teleyayım hüququnu satışından qazanc 194,1 milyon funt (219,8 milyon avro) təşkil edib ki, bu da ötənilki ilə müqayisədə 53,7 milyon funt çoxdur. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05