Manaf Ağayev oğlunun toyunda nələr dedi?  - FOTOLAR
Digər
23 Sentyabr 2017 1:05

Manaf Ağayev oğlunun toyunda nələr dedi? - FOTOLAR


“Toylar kralı” titulunu qazanan müğənni Manaf Ağayev bu gün paytaxt məkanlarının birində oğlu Elçinə kişi toyu edib.

 

Lent.az-ın məlumatına görə, gəlinsiz keçən toyu Pünhan İsmayıllı açıq edib və sözü ağsaqqallara verib. Böyüklərin xeyir-duasından sonra gecəyə qatılan məşhurlar öz musiqi hədiyyələrini təqdim ediblər.

 

M.Ağayev oğlunun xeyir işində Lent.az-a açıqlama verməyi də unutmadı: “Əslində bu gün toya bundan da çox adam dəvət edə bilərdim. Bu gün yalnız mənim çox istədiyim insanlar yanımda oldular. Toyu mediaya qapalı etməyimin səbəbi də odur ki, oğlum buna qarşı çıxdı. O, şəklinin mətbuatda yayımlanmasını istəmir. Mən də bir ata kimi onun bu istəyini anlayışla qarşıladım”.

 

Qeyd edək ki, gecədə əməkdar artistlər Cabir Abdullayev, Vasif Məhərrəmli, müğənnilər Nadir Qafarzadə, Əlikram Bayramov, Elşad Qarayev, Vüqar Muradov, Səyyad Əlizadə, Eldar Ələkbərov, Elçin Hüseynov, aparıcı Mikayıl Güləddinoğlu və başqaları iştirak edirdi.





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...