Neyron şəbəkəsi Alsqeymer xəstəliyini müəyyən  edir
Maraqlı
23 Sentyabr 2017 7:14

Neyron şəbəkəsi Alsqeymer xəstəliyini müəyyən edir


Xəstəliyin vaxtında aşkar edilməsi onun müalicəsində çox kömək edir. Alimlər demensiyanın ən geniş yayılmış forması olan, qısamüddətli və uzunmüddətli yaddaş, nitq və koqnitiv funksiyaların pozğunluğu ilə nəticələnən Alsqeymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üsullarını axtarırlar. İtaliyada yerləşən Bari Universitetində çalışan alimlər komandası hesab edir ki, süni intellektdən istifadə sözügedən xəstəliyin müalicəsində ən məqsədəuyğun həldir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər tərəfindən hazırlanmış alqoritm beyində kiçik struktur dəyişikliklərini aşkar etmək qabiliyyətinə malikdir. Alimlər 67 MRT (Maqnit rezonans tomoqrafiya) skan (38 skan etmə Alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentlərdə, 29 skan etmə isə sağlam insanlarda edilib) həyata keçirməklə öz neyron şəbəkəsini öyrədiblər. Onlar skan etməni kiçik sahələrə ayırıblar ki, süni intellekt onlar arasındakı əlaqəni tapsın. Bundan sonra alimlər 148 pasiyent üzərində MRT skan etməsini sınaqdan keçiriblər. 48 nəfər Alsqeymer xəstəliyindən, digər 48-i isə gələcəkdə Alsqeymer xəstəliyinə çevriləcək zəif koqnitiv pozğunluqdan əziyyət çəkib.

Süni intellekt 86% halda Alsqeymer xəstəliyinə düzgün diaqnoz qoyub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...